Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci tura start verilib. Matc.az xəbər verir ki, 8 qrupda ümumilikdə 15 görüş baş tutub.

A qrupunun "Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

Türkiyə təmsilçilərindən "Trabzonspor" H qrupunda Serbiya "Srvena Zvezda"sını qəbul edib. Super Liqanın sonuncu qalibi bu oyundan qələbə ilə ayrılıb. B qrupunda yer alan "Fənərbaxça" isə Fransada "Renn"in qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda isə İstanbul təmsilçisi əzmkar heç-heçəyə nail olub.

Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
15 sentyabr

A qrupu

Bodo Qlimt (Norveç) - Sürix (İsveçrə) 2:1
Qol: Selnes, 54-öz qapısına. Vetlesen, 58 – Avdiyay, 81.

Xal: Bodo Qlimt – 4. Arsenal – 3. PSV – 1. Sürix – 0.

B qrupu

Dinamo (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr) 0:1
Qol: Qyurkso, 8.

Renn (Fransa) - Fənərbaxça (Türkiyə) 2:2
Qol: Terrye, 52. Mayer, 54 – İ.C.Kahveci, 60. Valensiya, 90+2-pen.

Xal: Fənərbaxça – 4. Renn – 4. AEK – 3. Dinamo – 0.

C qrupu

Betis (İspaniya) - Lüdoqorets (Bolqarıstan) 3:2
Qol: L.Enrike, 25. Xoakin, 39. Kanales, 59 – Despodov, 45+1. Rik, 74.

Roma (İtaliya) - HJK (Finlandiya) 3:0
Qol: Dibala, 47. Pelleqrini, 49. Belotti, 68.

Xal: Betis – 6. Roma – 3. Lüdoqorets – 3. HJK – 0.

D qrupu

Braqa (Portuqaliya) – Union Berlin (Almaniya) 1:0
Qol: Vitinya, 77.

Yunion (Belçika) - Malmö (İsveç) 3:2
Qol: Bergess, 17. Teuma, 69. Bonifas, 71 – Sisay, 6. Telin, 57.

Xal: Braqa – 6. Yunion – 6. Union Berlin – 0. Malmö – 0.

E qrupu

Şerif (Moldova) - Mançester Yunayted (İngiltərə) 0:2
Qol: Sanço, 18. Ronaldo, 39-pen.

Real Sosyedad (İspaniya) - Omoniya (Kipr) 2:1
Qol: Gevara, 30. Sörlot, 80 – Bruno, 72.

Xal: Real Sosyedad – 6. Mançester Yunayted - 3. Şerif – 3. Omoniya – 0.

F qrupu

Midtyulland (Danimarka) - Latsio (İtaliya) 5:1
Qol: Paulinyo, 26. Kaba, 30. Evander, 52-pen. İsaksen, 67. Svyatçenko, 72 – Milinkoviç-Saviç, 57.

Feyenoord (Niderland) - Şturm (Avstriya) 6:0
Qol: Cahanbaxş, 9; 41. Hansko, 31. Danilo, 34. S.Ximenes, 66. İdrissi, 78.

Xal: Feyenoord – 3. Midtyulland – 3. Latsio – 3. Şturm – 3.

G qrupu

Olimpiakos (Yunanıstan) - Frayburq (Almaniya) 0:3
Qol: Hofler, 5. Qreqoriç, 25; 53.

Qarabağ (Azərbaycan) - Nant (Fransa) 3:0
Qol: K.Ovusu, 60. A.Zubir, 65. M.Yankoviç, 72.

Xal: Frayburq – 6. Qarabağ - 3. Nant – 3. Olimpiakos – 0.

H qrupu

Trabzonspor (Türkiyə) - Srvena Zvezda (Serbiya) 2:1
Qol: Hamşik, 16. Trezeqe, 68 – Nikoliç, 89.

Monako (Fransa) - Ferentsvaroş (Macarıstan) 0:1
Qol: Veçsey, 79.

Xal: Ferentsvaroş – 6. Trabzonspor – 3. Monako – 3. Srvena Zvezda – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest