"Aktaulular əla atmosfer yarada bildiklərini bir neçə dəfə sübut ediblər"

Futzal üzrə Qazaxıstan millisinin baş məşqçisi Kaka sentyabrın 19 və 20-də Azərbaycana qarşı Aktau şəhərində keçiriləcək yoxlama görüşləri barədə danışıb. Matc.az xəbər verir ki, rəqibin baş məşqçisi hər iki görüşdə anşlaq olacağına inandığını bildirib:
 
"Sevindirici hal odur ki, Qazaxıstan millisi oyunlarını təkcə Nur-Sultan və Almatıda keçirmir. Bu, futzalın populyarlığı və inkişafı baxımından irəliyə atılmış addımdır. Azərbaycanla oyunda anşlaq və yaxşı dəstək gözləyirik. Aktaulular əla atmosfer yarada bildiklərini bir neçə dəfə sübut ediblər. Bu, həm də Dinmuhabet Süleymanovun vida matçı olacaq. Hamımız bilirik ki, o, Qazaxıstan futzalının simvoludur. O, əla vidaya layiqdir. Bu, sentyabrın 19-da Azərbaycana qarşı görüşdə baş verəcək". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest