Türkiyənin "Başakşəhər" klubunun yarımmüdafiəçisi Məsut özil Azərbaycana dəstəyini nümayiş etdirib. Matc.az xəbər verir ki, Almaniya millisinin sabiq futbolçusu Azərbaycan - Ermənistan sərhədində baş verənlərlə bağlı paylaşım edib.
 
özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib.
 
Xatırladaq ki, Məsut özil vətən müharibəsi dönəmində də Azərbaycana dəstəyini nümayiş etdirmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest