"Qarabağ"ın əsas komandasının daha bir futbolçusu əvəzedici komandaya göndərilib. Matc.az xəbər verir ki, söhbət Ağdam klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevdən gedir.  O, birinci divizionun 16-cı turu çərçivəsində "Şüvəlan"la səfər oyununda (3:1) iştirak edib.

Xatırladaq ki, konqolu hücumçu Con Delarj da ötən aydan baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici komandada oynayır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest