"Ordumuzdan xoş xəbərlər alırıq. İnanırıq ki, bu münaqişə tez bir zamanda yekunlaşacaq"

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Son günlər baş verən hadisələr komandamıza təsir göstərmişdi. Bunu ilk hissədə daha çox hiss etdik. Amma ikinci yarıda istəyimizi ortaya qoya bildik. Məqsəd qələbə qazanmaq idi. Buna nail olduq. Qələbəni döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımıza həsr edirik. Ordumuzdan xoş xəbərlər alırıq. İnanırıq ki, bu münaqişə tez bir zamanda yekunlaşacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest