Avropa Konfrans Liqasının qrup mərhələsində 2-ci tur matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Matc.az xəbər verir ki, bu ada 4 futbolçu namizəddir.
 
Həftənin ən yaxşısı olmağa Sərdar Gürler ("Başakşəhər", Türkiyə), Deyan Lyubiçiç ("Köln", Almaniya), Emmanuel Banda ("Yurqarden", İsveç) və Artyom Dovbik ("Dnepr-1", Ukrayna) iddialıdır.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest