Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" Xames Rodriqesin transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb.
 
Kolumbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son olaraq Qətərin "Əl Rayyan" klubunda çıxış edən futbolçu azad agent kimi Yunanıstan təmsilçisinə keçib.
 
"Real" və "Bavariya" kimi nəhəng klublarda oynamış 31 yaşlı Xames, "Portu", "Monako" və "Everton"un da uğurları üçün çalışıb. O, Kolumbiya yğmasında 86 oyuna 24 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest