Türkiyənin "Hatayspor" komandasının baş məşqçisi Serkan özbalta istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
43 yaşlı mütəxəssis və onun köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. özbalta "Hatayspor"a bu ilin iyun ayında baş məşqçi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında cəmi 6 rəsmi matça çıxıb, 5 məğlubiyyətə üzülüb və yalnız 1 heç-heçə edə bilib. 1 xalla Super Liqanın 19 iştirakçısı arasında sonuncu pillədə qərarlaşmış komanda, son olaraq evdə "Kayserispor"a 0:4 hesabıyla uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest