Futbol üzrə İsveçrə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" də ölkə kubokunda növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi "Qoldstern"lə qarşılaşıb. 3:0 hesablı qələbəyə sevinən "Qrasshopper" növbəti mərhələyə adlayıb.
 
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest