Almaniyanın daxili işlər naziri Nensi Fayzer UEFA-ya məktub yazıb. Matc.az saytı xəbər verir ki, o, qitə futbol qurumunu Belarus yığmasını AVRO-2024-ün seçmə mərhələsindən kənarlaşdırmağa çağırıb.
 
Nensi Fayzer UEFA prezidenti Aleksander çeferinə yazdığı məktubda Belarusun Avropa çempionatına vəsiqə qazanmaq cəhdinin qarşısının alınmasını tələb edib. O, buna səbəb kimi, Ukrayna ilə müharibədə Rusiyanın əsas dəstəkçisinin məhz Belarus olmasını göstərib. Daxili işlər nazirinin digər tələbi isə Rusiya və Belarusun UEFA-da rəhbər vəzifədə çalışan nümayəndələrinin də işlərindən çıxarılmalarıdı.
 
Qeyd edək ki, FIFA və UEFA Rusiya yığmasını, eləcə də klublarını qitəmiqyaslı yarışlardan kənarlaşdırıb, Belarus komandalarına isə neytral meydanda və boş tribunalar önündə oynamaq icazəsi verib.
 
Belarus yığması UEFA Millətlər Liqasının C liqasında Azərbaycanla eyni qrupda yer alıb. Belarus millimizi Serbiyadakı Novi Sadda qəbul edib və görüş qolsuz bərabərliklə yekunlaşıb. İyunun 13-də Bakıda baş tutan matçda isə Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest