UEFA Millətlər Liqasında Azərbaycan və Belarus yığmaları ilə qarşılaşacaq Slovakiya millisinin heyətində dəyişiklik olub. Matc.az xəbər verir ki, çexiyanın "Slaviya" (Praqa) klubundan milliyə cəlb edilən İvan Şrants zədələndiyi üçün heyətdən çıxarılıb.
 
Bu barədə Slovakiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Şrantsın əvəzinə Bratislava "Slovan"ından David Qrnçarın heyətə cəlb olunacağı diqqətə çatdırılıb.
 
İvan Şrants Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş "Balkani" (Kosovo) ilə oyunda (3:2) sıradan çıxıb. 29 yaşlı forvardın bu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
 
Slovakiya yığması sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarus seçməsini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest