Fransanın "Nant" komandasının yarımmüdafiəçisi Samuel Mutussami Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a 0:3 hesabıyla uduzduqları oyundan danışıb. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında Bakıdakı görüşü belə xatırlayıb:
 
"İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər. İkinci yarıda rəqibdən daha zəif oynadıq. Oyunun intensivliyinə görə "Qarabağ" daha cəlbedici idi".
 
"Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest