Almaniyanın "Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin kapitanı Marko Roys zədələnib.
 
33 yaşlı yarımmüdafiəçi Bundesliqanın 7-ci turu çərçivəsində baş tutan "Şalke" ilə oyunda sıradan çıxıb. O, matçın ilk yarısında aldığı ağır zədə səbəbindən 32-ci dəqiqədə meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.
 
"Borussiya" bu gün futbolçunun durumu ilə bağlı açıqlama yayıb. Almaniya millisinin üzvünün zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
 
"Borussiya" "Şalke" ilə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest