Sabah Aktau şəhərindəki "Halyk Arena"da Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunöncəsi son məşqini keçirib. Matc.az xəbər verir ki, 12 futzalçının yer aldğı məşq prosesindən sonra baş məşqçi Joze Alesio Da Silva və millinin üzvü Ramiz çovdarovun iştirakı ilə yerli media üçün mətbuat konfransı təşkil olunub.
 
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): "Oyuna hazırlıq prosesindən tam razı qalmamışam. çünki bura optimal heyətlə gələ bilmədik. 6 futzalçımız yanımızda deyil. Onlardan Tyaqo Bolinya və Fineoda bu, zədə üzündən alınmadı. Amir Şocaei və Hadi Ahmad isə sənədləşmə ilə bağlı heyətdən çıxarıldı. Xətai Bağırov və İsa Atayev karyerasını Belçikada davam etdirəcəklər. Onlar hazırda işçi vizası almaq üçün sənədlərini səfirliyə veriblər və İstanbuldadırlar. Halbuki biz bu oyunu keçirməyi planlaşdıranda tam heyətlə məşq edəcəyimizi və dünya çempionatının oyunları üçün yaxşı hazırlaşacağımızı düşünürdük. Buna baxmayaraq, sabah və birisigün azarkeşlər maraqlı oyun izləyəcəklər. Rəqibimizi yaxşı tanıyırıq. Qazaxıstan millisi yaxşı komandadır və təcrübəli futzalçılardan qurulub. Bizim milli də güclüdür və Avropada fərqlənirlər. İtkilərə rəğmən, sizi darıxmağa qoymayacağıq.
 
Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyıram. Güclü mütəxəssisdir. Yeri gəlmişkən, o karyerasının son vaxtlarında mənim rəhbərliyim altında Azərbaycan millisində də oynayıb. Məşqçi kimi bir neçə dəfə qarşılaşmışıq və etiraf edim ki, onun komandası daha çox qələbə qazanıb. Bu oyunlar Qazaxıstan millisi üçün də rəsmi görüşlərə hazırlıq funksiyası daşıyır".
 
Ramiz çovdarov: "Hazırlığımızı yekunlaşdırdıq. Yoxlama oyunu olsa da, tam gücümüzlə mübarizə aparacağıq. Baş məşqçimiz heyətlə bağlı məlumat verdi. Bu qədər oyunçunun yoxluğu istənilən komanda üçün böyük itkidir. Maraqlı oyun olacağını düşünürəm. Mən də müxrəlif illərdə Qazaxıstan çempionatında iştirak etmişəm. Hazırda çempionatınız daha güclüdür. Əvvəl cəmi 4 komanda iştirak edirdi".
 
Millimizin qapıçısı Rövşən Hüseynli isə məşqdən sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest