"Neftçi"nin müdafiəçisi Tural Axundovun taleyinə aydınlıq gəlib. Cinah oyunçusu komandası ilə yeni sazişə qol çəkib. Belə ki, 30 yaşlı futbolçu bu mövsümün sonuna qədər olan müqavilə müddətini daha bir illik artırıb.

"Neftçi"nin müdafiəçisi Tural Axundovun taleyinə aydınlıq gəlib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, cinah oyunçusu komandası ilə yeni sazişə qol çəkib.

Belə ki, 30 yaşlı futbolçu bu mövsümün sonuna qədər olan müqavilə müddətini daha bir illik artırıb. Bu isə o deməkdi ki, Axundov 2020-ci ilin yayına qədər "ağ-qaralar"a məxsus olacaq.

Qeyd edək ki, Tural Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest