"Vest Hem"in hücumçusu çiçarito rekorda imza atıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı forvard buna İngiltərə Premyer Liqasının XXVII turunda "Fulhem"lə görüşdə nail olub.

Komandasının 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada çiçarito 40-cı dəqiqədə bərabərlik qoluna imza atıb. Bu, onun Premyer Liqada 50-ci topu olub. Bununla o, İngiltərə yüksək liqasında 50 qol həddinə çatan ilk meksikalı futbolçu olub. 2010-2015-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyan çiçarito 2017-ci ildən "Vest Hem"in formasını geyinir.

Qeyd edək ki, Meksika millisinin üzvü bu mövsüm 19 oyunda 5 qol, 3 məhsuldar ötürmə il yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest