PSJ Fransa çempionatının 8-ci turunda səfərdə Lion "Olimpik"inə 1:0 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, braziliyalı hücumçu Neymar üçün bu matç Liqa 1-də 100-cü olub.
 
30 yaşlı futbolçu bu oyunlarda 77 qola imza atıb, 46 məhsuldar ötürmə müəllifi olub.
 
Neymar bu mövsüm Liqa 1-də 8 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest