AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb. Matc.az xəbər verir ki, Mehdiyeva qadınlar arasında keçirilən çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində çexiyada yerli "Sparta" (Praqa) ilə İtaliyanın "Roma" komandası arasında baş tutacaq oyunda UEFA nümayəndəsi olacaq.
 
Sentyabrın 21-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest