Bu gün I Divizionda 4-cü turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" və "Qəbələ"nin əvəzedici komandaları üz-üzə gəlib.

Beş qolun qeydə alındığı matçda "Qəbələ"nin ikinci komandası çətin qələbəyə sevinib.

I Divizion
4-cü tur
19 sentyabr

Sumqayıt-2 – Qəbələ-2 2:3
Qol: İbrahim Əliyev, 28-pen. Xəlil Bəşirov, 57 – Rauf Məhərrəmov, 25. Əzəmət Ələkbərli, 53. Aqil Nəsibov, 75.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest