Futbol üzrə Rusiya Birinci Liqasında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula "Arsenal"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Kuban"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Əliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
"Arsenal" 10 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest