Premyer Liqanın 7-ci turunda "Zirə" ilə oyundan sonra 3 günlük istirahətə buraxılmış "Qarabağ" sentyabrın 22-də məşqləri bərpa edəcək

Premyer Liqanın 7-ci turunda "Zirə" ilə oyundan sonra 3 günlük istirahətə buraxılmış "Qarabağ" sentyabrın 22-də məşqləri bərpa edəcək. Matc.az xəbər verir ki, hazırlığa milli komandalara dəvət almış futbolçular qatılmayacaqlar.
 
Hazırlıq prosesində Luka Quqeşaşvili, Amin Ramazanov, İsmayıl İbrahimli, Qara Qarayev, Kevin Medina, Julio Romao, Leandro Andrade, Kadi Borges, Abdullah Zubir və Kvabena Ovusu iştirak edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest