Sentyabrın 22-də Avstriyanı qəbul edəcək Fransa yığması 3 gün sonra Danimarkanın qonağı olacaq.

Fransa yığması UEFA Millətlər Liqasının oyunlarından əvvəl itki ilə üzləşib. Matc.az xəbər verir ki, İngiltərənin "Tottenhem" klubunda çıxış edən komandanın əsas qapıçısı Huqo Lyoris zədələnib.
 
Bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Lyorisin əvəzində yığmaya "Nant" klubundan Alban Lafon çağırılıb.
 
Xatırladaq ki, Alban Lafon Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"ın "Qarabağ"la Bakıdakı oyununda 3 cavabsız qol buraxmışdı.
 
Sentyabrın 22-də Avstriyanı qəbul edəcək Fransa yığması 3 gün sonra Danimarkanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest