"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandasının yeni baş məşqşisi bəlli olub. Matc.az "Cadena SER"ə istinadən xəbər verir ki, Pirey təmsilçisi ispaniyalı Miçel Qonsaleslə anlaşıb.
 
59 yaşlı mütəxəssisin artıq Yunanıstana yola düşdüyü bildirilir. O, Pireydə rəsmi müqaviləyə imza atdıqdan sonra ictimaiyyətə təqdim olunacaq və yeni işinə başlayacaq. Qonsales "Olimpiakos"un baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş həmyerlisi Karlos Korberanı əvəz edəcək.
 
Miçel Qonsales daha öncə də "Olimpiakos"u çalışdırıb. O, 2013-2015-ci illər aralığında bu komandanın baş məşqçisi olub. Təcrübəli mütəxəssis son olaraq ötən il "Xetafe"nin sükanı arxasında işləyib.
 
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest