Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Şimali Makedoniya ilə üz-üzə gələcək.
 
Qarşılaşma noyabrın 20-də Skopye şəhərindəki "Todor Proeski Milli Arena"da baş tutacaq.
 
Xatırladaq ki, milli komanda noyabrın 16-da Kişinyovdakı "Zimbru" stadionunda Moldova seçməsi ilə də görüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest