"Qəbələ"nin şimali makedoniyalı yarımmüdafiəçisi İsnik Aliminin matc.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 7-ci turunda "Sumqayıt"ı erkən qolla məğlub etdiniz (1:0). Matçı necə dəyərləndirmək olar?
- Ardıcıl üç məğlubiyyətdən sonra bizim üçün vacib qələbə oldu. Bu qalibiyyət komadamıza çox lazım idi. Bu, həm də qarşıdakı matçlara daha inamlı hazırlaşmağımıza təkan olacaq.
 
- çox sayda qol imkanlarınız olsa da, dəyərləndirə bilmədiniz. Belə bir vəziyyətdə son dəqiqələrdə qol buraxmaqdan qorxmurdunuz?
- Doğrudur, hər oyunda ən azı 3-4 qol şansımız olur. Bu imkanları dəyərləndirmək baxımından tək hücum yox, orta sahə oyunçusu olaraq hərtərəfli inkişaf etməliyik .
 
- Rövlan Muradovun qırmızı vərəqə aldığı epizoda yəqin ki, baxmısınız. Sizcə, onun hərəkəti qırmızı vərəqəyə layiq idi?
- Məncə, qırmızı vərəqəlik hərəkət deyildi. Rövlan aqressiv futbolçu deyil. O, rəqibi zədələmək fikrində deyildi. Sadəcə, olaraq mübarizə idi, hər iki oyunçu yıxıldı.
 
- Əvvəlki 3 turda məğlub olmuşdunuz. Artıq tilsimi qırdığınızı demək olar?
- Ardıcıl 2-3 oyuna qalib gəlməmək hər kəsin başına gələ bilər. Mövsüm hələ uzundur. Ardıcıl üç yenilgiyə baxmayaraq, sakit idik. çünki yaxşı çıxış edirdik, hər görüşdə ən azı 3-4 real qol şanslarımız olurdu. Hər şeyin yoluna düşməsinin an məsələsi olduğunu bilirdik.
 
- çempionatın geridə qalan 7 turunda 12 xal topladığınızı nəzərə alsaq, bunu "Qəbələ" üçün uğurlu saymaq olar?
- Hər tur öncəsi yalnız qarşıdakı oyunu düşünürük. Başqa heç nə barədə fikirləşmirik. önümüzdəki görüşə yaxşı hazırlaşmaq üçün ondan sonrakı matça heç fikir vermirik. Mövsümü necə bitirəcəyimizi sonda görəcəyik.
 
- Bu mövsüm ilk "dördlüy"ə düşmək ötən mövsümdəkindən çətin olmayacaq?
- çox yaxşı komandamız var. Bu mövsüm uğurlu nəticələr əldə edə bilərik. Hər matçda yaxşı çıxış etməli və qələbə üçün mübarizə aparmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest