Futbol üzrə İtaliya yığma komandası iki itki ilə üzləşib. Matc.az xəbər verir ki, UEFA Millətlər Liqasının oyunları ərəfəsində Matteo Politano və Lorenso Pelleqrini komandanın düşərgəsini tərk edib.
 
Buna oyunçuların zədədən əziyyət çəkməsi səbəb göstərilib. Baş məşqçi Roberto Mançini həmin oyunçuların əvəzinə komandaya iki futbolçu çağırıb – Davide Frattezi və Manolo Qabbyadini.
 
İtaliya yığması sentyabrın 23-də İngiltərə, 26-da Macarıstanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest