Futzal üzrə Azərbaycan yığmasının baş məşqçi Joze Alesio Da Silva bu gün Qazaxıstan milli komandasına qarşı keçirdikləri növbəti yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, braziliyalı mütəxəssis 5:6 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
 
"Bu oyunumuz da dünənki qarşılaşmanın bənzəri oldu. İki əsas oyunçumuz – Eduardo və Qalo bu dəfə zədə səbəbindən meydana çıxa bilmədi. Yenə birinci hissədə yaxşı oynadıq. Hər iki qarşılaşmadakı nizam-intizamdan razı qaldım. Taktiki planda etmək istədiklərimizi reallaşdırdıq. Heyətimiz qısa olduğuna görə ikinci hissədə yenə yorğunluq sözünü dedi, həm də digər taktiki variantlarımızı tətbiq edə bilmədik. Əvəzində gənc futzalçılarımıza da şans verdik. Onlar bu cür oyunlarda "bişəcəklər". Nəzərə alın ki, bura 7 əsas oyunçumuzu gətirə bilmədik, üstəlik iki nəfər də dünənki görüşdə zədələndi. Bir komanda üçün bu qədər itki çoxdur. İstənilən halda, nəticə arzuladığımız kimi olmasa da, komandamdan razı qaldı. Həm bizim, həm də Qazaxıstan üçün vacib rəsmi oyunlarda qazanılacaq nəticələrdi.
 
Atmosfer, azarkeşlər, oyunun keçirildiyi zal çox gözəl idi. Bu münasibətlə sizi təbrik edirəm".
 
Xatırladaq ki, Azərbaycan yığması Qazaxıstan millisinə ötən gün baş tutan ilk oyunda da 3:5 hesabıyla məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest