"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Aylton Silva Rusiyanın "Rodina" komandasına keçib. Matc.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı müdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
 
Xatırladaq ki, 2019/2020 mövsümündə "Qarabağ"da icarə əsasında oynamış Ailton Silva bu komandanın heyətində Azərbaycan çempionu olub. O, Azərbaycanda "Neftçi"nin də (2019/2020) formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest