Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sınaq matçında rəqib Premyer Liqada çıxış edən "Şamaxı" olacaq.
 
Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.
 
Bundan əlavə, U-21-in hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub. "Səbail" klubunun üzvü Samir Abdullayev düşərgəyə qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest