Almaniyanın "Ersgebirge" komandasının baş məşqçisi Timo Rost istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İstefaya Aue təmsilçisinin 3-cü Liqanın cari mövsümündə uğursuz çıxışı səbəb olub. Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında 9 turdan sonra cəmi 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
 
"Ersgebirge"də Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov da çıxış edir. O, 2014-cü ildən Azərbaycan millisinin də formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest