"çox maraqlı oyun oldu. İlk növbədə komanda yoldaşlarımı təbrik etmək istəyirəm". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın hücumçusu Reynaldo Silva deyib.

Azərbaycan Premyer Liqasının XVIII turunda "Sabah"la bərabərə bitən (1:1) qarşılaşmada komandasının yeganə qoluna imza atan braziliyalı futbolçu xal itkisindən narahat deyil: "Xüsusən də, birinci hissəni yaxşı keçirdik. Bir neçə qol vəziyyətlərimiz oldu. Oyunun taleyini həll etmək öz əlimizdə idi. Təəssüf ki, alınmadı. Xal itkisinə baxmayaraq, sona qədər mübarizə apardıq. Eyni zamanda rəqib də yaxşı mübarizə apardı. Düşünürəm ki, komandamız doğru yoldadı, qarşıdakı oyunlarda daha yaxşı nəticələr olacaq".

Qış fasiləsində "Qarabağ"a qayıdan Reynaldo dönüşündən sonrakı ilk qoluna da münasibət bildirib: "Uzun müddətdən sonra "Qarabağ"ın heyətində qol vurduğum üçün sevincliyəm. Təəssüf ki, bu qol komandaya 3 xal gətirmədi. Cərimə zərbəsi zamanı Rəşad Sadıqov yanımda idi. Zərbə vurmaq üçün ondan xahiş etdim. O da razılıq verdi".

Görüşün 64-cü dəqiqəsində əvəzlənən Reynaldo hələ 90 dəqiqə oynamaq iqtidarında olmadığını etiraf edib: "Əvvəlki oyunlarda uyğunlaşmaq baxımından bir az çətinlik çəkirdim. İlk dəfə bu gün start heyətində meydana çıxdım. Fikrimcə, ikinci hissədə əvəzlənməyim normal idi. öz üzərimdə işləməyə davam edirəm. ümid edirəm ki, növbəti oyunlarda məşqçi məni daha çox oynadacaq".

30 yaşlı forvard "Qarabağ"dakı ilk dönəmi ilə müqayisədə Premyer Liqanın hazırkı klublarının indi daha çox qapalı futbol oynadıqlarını söyləyib: "Komandalar taktiki cəhətdən bir az artırıblar. Daha çox qapalı futbol nümayiş etdirirlər. İndi qol vurmaq bizə daha çətindi. Deməzdim ki, komandalar zəifdi. Amma biz bu vəziyyətdən necə çıxmağın yollarını axtarmalıyıq".

Reynaldo çempionluq yolundakı əsas rəqibləri olan "Neftçi"nin sabah "Səbail"lə görüşdə xal itirməsini arzuladığını gizlətməyib: "İstər-istəməz "Neftçi"nin xal itirməsini istərdik. Amma bu, bizim üçün o qədər də önəmli deyil. Daha çox öz işimizə köklənməli, öz oyunumuz haqda düşünməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest