İspaniyanın "Barselona" klubu 2021/22 mövsümü üçün maliyyə hesabatını açıqlayıb. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi ötən mövsüm ərzində 1.017 milyard avro qazanıb. "Barselona" həmin məbləğin 98 milyon avrosunu mənfəət olaraq əldə edib.
 
İdarə Heyətinin qərarı ilə 2022/23 mövsümünün büdcəsi 1.255 milyard avro olaraq təsdiqlənib. Klub yeni mövsümdən 274 milyon avroluq mənfəət əldə etməyi gözləyir.
 
Qeyd edək ki, son bir neçə ayda "Barselona"nın ciddi maliyyə problemlərinin olduğu bildirilirdi. Klub yeni transferlərinə görə çətinlik yaşayırdı və oyunçularından maaşlarında endirim etmələrini istəmişdi.
 
Kataloniya təmsilçisi bu yay Robert levandovski, Rafinya, Jul Kunde, Andreas Kristensen, Markos Alonso, Fank Kessye və Hektor Belyerin kimi futbolçuları sıralarına qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest