"Bu komandaya qarşı köklənmək üçün hansısa futbolçuya əlavə söz deməyə ehtiyac yoxdu. Çünki "Qarabağ"la oynamaq özü hər bir oyunçu üçün böyük stimuldu. Düşünürəm ki, bu gün yaxşı mübarizə apardıq".

"Böyük kluba qarşı oynadığımızı bilirdik. "Qarabağ" istər Azərbaycan çempionatında, istərsə də avrokuboklarda uğurlu çıxış edir, ölkəmizi layiqincə təmsil edir". Matc.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın kapitanı Cavid İmamverdiyev deyib.

Azərbaycan Premyer Liqasının XVIII turunda "Qarabağ"ın qonağı olan debütant güclü rəqibdən xal almağa nail olub - 1:1. Qarşılaşmadan sonra media nümayəndələrinin önünə çıxan İmamverdiyev əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: "Bu komandaya qarşı köklənmək üçün hansısa futbolçuya əlavə söz deməyə ehtiyac yoxdu. çünki "Qarabağ"la oynamaq özü hər bir oyunçu üçün böyük stimuldu. Düşünürəm ki, bu gün yaxşı mübarizə apardıq. Bunun da nəticəsində hesabda geridə olarkən bərabərlik qolunu vurduq. Həm gözəl oyun sərgilədiyimiz, həm də heç-heçə etdiyimiz üçün çox sevinirəm".

- Birinci hissədə "Sabah"ın oyunçuları aqressiv görünürdülər və bir neçə sarı vərəqə oldu. Bunun səbəbi nə idi?

- Aqressiv oynamağımızın çox səbəbi var idi. İlk səbəb o idi ki, neçə oyundu qələbə qazana bilmirik. özümüzə gəlmək üçün bu bizə lazım idi. Uğurlu nəticə gələcək oyunlar üçün stimul olacaqdı. Digər tərəfdən "Qarabağ"a qarşı hər kəs özünü göstərmək, ən yaxşı oyunlarından birini keçirmək istəyir. Onlara qarşı aqressiv oynamasan, "Qarabağ" nəinki bizi, bütün komandaları məğlub edər. Bu üzdən də belə rəqibə qarşı aqressiv olmalısan.

- Hakimlik barədə nə deyə bilərsiniz?

- Mən heç vaxt hakimlik haqda danışmıram. Onların rəhbəri var, özləri qərar verərlər. Bizim işimiz hakimin qərarlarına əməl etməkdi.

- Başqa komandalara qarşı "Qarabağ"la oynadığınız kimi çıxış etmək olmaz?

- Əlbəttə ki, olar. Amma "Qarabağ" elə rəqibdi ki, ona qarşı köklənmək üçün nə məşqçinin, nə də başqa birinin əlavə söz deməsinə ehtiyac yoxdu. çünki böyük kluba qarşı oynayırsan. Futbolda bəzən elə olur ki, başqa rəqibə qarşı köklənə bilmirsən. Amma "Qarabağ" və "Neftçi" kimi komandalarla oyunlarda böyük həvəsin olur, özünü göstərmək istəyirsən.

- "Qarabağ" azarkeşləri ikinci hissə boyu Rəşad Eyubovu söyürdülər. Bu, nə ilə bağlı idi?

- Açığı, bunları eşitmədim. Azarkeşlərə nə deyə bilərsən? Futbolçusan, oyununla məşğul olmalısan. Rəşad da yaxşı futbolçu, mərifətli, qanacaqlı insandı. Düşünürəm ki, Rəşad belə şeylərə fikir verməz. Azarkeş istəyir ki, komandası qələbə qazansın. Bizim azarkeşlərimiz də "Qarabağ"ın oyunçularına qarşı bunu edə bilər.

- Qeyd etdiniz ki, "Qarabağ" və "Neftçi"yə qarşı oynamaq çətindi. çempionluq yolunda kimi favorit görürsünüz?

- Məncə, hər ikisi çempionluq yolunda rahat oynayacaq. ötən illərlə müqayisədə güclü rəqabət olacaq. "Neftçi" "Qarabağ"a qarşı rəqabət aparacaq. Bu da Azərbaycan futbolu adına sevindirici haldı. Hər il deyirdik ki, "Qarabağ" çempion olacaq. Bu mövsüm isə "Neftçi" onlarla mübarizə aparır. Kim güclüdüsə, o da qalib gəlsin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest