Bakıda təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib

Bakıda təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Bakı Olimpiya Sstadionunda "Şamaxı" komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub.
 
Millimizin qollarını Samir Abdullayev və Camal Cəfərov vurub. "Şamaxı"nın heyətində isə Adil Nağıyev, Bəhruz Teymurov və İbrahim Aslanlı fərqlənib.
 
Xatırladaq ki, U-21 sentyabrın 27-də beynəlxalq yoxlama oyunu çərçivəsində moldovalı yaşıdları ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest