İtaliya A seriyasında XXV turun daha iki oyunu keçirilib. Matc.az saytının məlumatına görə, ilk görüş Turində baş tutub.
Avrokubokları hədəfləyən "Torino" ilə "Atalanta" üz-üzə gəlib. Oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Digər qarşılaşmada "Roma" autsayderlər zonasında qərarlaşan "Frosinone"nin qonağı olub. "Frosinone" erkən qolla hesabı açsa da, "canavarlar" sonda qalib gəlməyi bacarıb.
İtaliya. A seriyası
XXV tur
"Torino" - "Atalanta" - 2:0
İzzo, 42; Falke, 46
"Frosinone" - "Roma" - 2:3
Siano, 5; Pinamonti, 80 - Dzeko, 30, 90+5; Pelleqrini, 32