Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Ritm qırılıbsa, bundan sonra güc tapmaq çox çətindir. Oyunu dəyişməyə cəhd etdim. Amma matç əldən getdi. Bu gün Belarusla qarşılaşmaya nisbətən çox zəif oynadıq. Bu məğlubiyyət də təcrübədir. üzərində işləyəcəyik. Hər komanda qalib gələ də bilər, məğlub ola da.
 
Rəqib baş məşqçi və oyunçularla şəxsi qərəzim yoxdur. Matçdan sonra Canni De Byazi ilə görüşdüm, onu təbrik etdim. Biz işimizi görür, yolumuza davam edirik. Rəqiblə işimiz yoxdur.
 
Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Bizim yolumuz hələ irəlidədir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest