"Mançester Siti" məsələ ilə bağlı açıqlama verib. Kluba aid xüsusi sənədlərin oğurlana biləcəyi vurğulanan açıqlamada "Bu məsələ ilə bağlı heç bir şərh verməyəcəyik. "Mançester Siti"nin imicinə zərər vermək üçün kampaniya aparılır" deyilir.

Premyer Liqada "çelsi"nin 18 yaşından aşağı futbolçuların transferində etdiyi saxtakarlıqlara görə FİFA tərəfindən 2 dönəm transfer almasından sonra daha bir İngiltərə klub bənzər ittihamla üzləşib. Matc.az xəbər verir ki, "Mançester Siti" də eyni aqibətlə üzləşə bilər. 

Almaniyanın "Der Spiegel" dərgisinin "Football Leaks"in sənədlərinə əsasən hazırladığı xəbərə görə, "Mançester Siti" 2017-ci ildə Dortmund "Borussiya"sına satdığı Yadon Sançonun 4 il əvvəl "Uatford"dan alarkən transferdə saxtakarlıqlar edib.

Bildirilir ki, "şəhərlilər" "Uotford"a 150 min funt-sterlinq ödəyib. Bonus olaraq da əsas komandadan 10 oyun keçirəcəyi halda, 500 min funt-sterlinqin ödəniləcəyi barədə müqavilədə maddə yer alıb.

"Mançester Siti" Sançonun meneceri Emeka Obasiyə də 200 min funt-sterlinq verib. 18 yaşından aşağı futbolçuların transferlərində menecerləri komissiya alması FİFA tərəfindən qadağan edilib. "Mançester Siti" həmin məbləği Obasiyə "skaut xidmətləri" adı ilə ödəyib.

FİFA-nın bu saxtakarlığa görə "Mançester Siti"yə transfer qadağası qoya biləcəyi deyilir.

"Mançester Siti" məsələ ilə bağlı açıqlama verib. Kluba aid xüsusi sənədlərin oğurlana biləcəyi vurğulanan açıqlamada "Bu məsələ ilə bağlı heç bir şərh verməyəcəyik. "Mançester Siti"nin imicinə zərər vermək üçün kampaniya aparılır" deyilir.

Qeyd edək ki, "Mançester Siti" Sançonu "Borussiya"ya 7,84 milyon avroya satıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest