"Milan" hücumçu axtarışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "rossonyerlər" "Yuventus"un gənc oyunçusu Moiz Kinə "elçi düşüb".

Qış fasiləsində 18 yaşlı forvardın keçidini həll edə bilməyən "Milan" mövsümün sonunda keçidi reallaşdırmaq niyyətindədi. Milanlılar onu yayda icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, İtaliya yığmasına da çağırılan Moiz Kin ötən mövsümü icarə əsasında "Verona"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest