"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun daha bir futbolçusu zədələnib. Matc.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Usseynu Ba sıradan çıxıb.
 
Seneqaldan olan 26 yaşlı oyunçunun durumuna bu gün aydınlıq gələcək.
 
Daha əvvəl Pirey təmsilçisinin digər müdafiəçisi Panayotis Retsosun da sıradan çıxdığı açıqlanmışdı. 24 yaşlı futbolçunun "Qarabağ"a qarşı ilk qarşılaşmanı buraxacağı dəqiqləşib. Bundan əlavə, komandanın əsas qapıçısı Tomaş Vatslikin də 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest