Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparros istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
67 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. İstefaya sözügedən komandanın UEFA Millətlər Liqasının qrup mərhələsində uğursuz çıxışı səbəb olub.
 
Xatırladaq ki, Ermənistan yığması UEFA Millətlər Liqasında qrup mərhələsini 3 xalla sonuncu pillədə başa vuraraq C Liqasına düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest