"Səbail" köklü klub deyil. Müəyyən vaxta ehtiyac var. "Neftçi" və "Qarabağ"la mübarizə aparmaq üçün heyətdə köklü dəyişiklik olmalıdı"

"Düşündüyümüzdən də ağır oldu". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Topaz Premyer Liqasının XVIII turunda "Neftçi"nin qonağı olan "Səbail" 2:1 hesablı qələbə qazanaraq, 3-cü pillədəki mövqeyini möhkəmlədib.

Oyunsonrası mətbuat konfransında Hacıyevin qalibiyyət şərhi belə olub: "İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdim. çünki 2:0 önə keçməyimiz də gözlənilməz idi. ümumi planımızda var idi ki, rəqibi əks-hücumdan yaxalayaq. Standart vəziyyətlərdən də yararlanmaq istəyirdik. "Neftçi" üzərində qələbə 6 xala bərabərdi. Bəlkə də, çempionatda ən vacib qələbəni qazandıq".

- Bordinlə mübahisənizə aydınlıq gətirərdiniz...

- Bordinin etirazı o oldu ki, mən onun oyunçusuna söz deyirdim. Amma mən də öz oyunçumuzu müdafiə edirdim. Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi. Anlaşılmazlıq idi. Zaman keçdikcə, səhvini başa düşə bilər. İnanmıram ki, Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar.

- Belə üstünlük gözləyirdiniz?

- üstünlüyün biz tərəfdə olduğunu deməzdim. "Neftçi" favorit idi. Sadəcə, çox istəkli idik. Bəzi komponentlərdə onları yaxalamaq istəyirdik. "Neftçi" güclü olsa da, bəzi zəif nöqtələrindən yararlanmaq istəyirdik. Bu o demək deyil ki, onlardan güclüyük. çempionluğa oynayırlar. Bizim məqsədimiz 3-cü pillədəki mövqeyimizi qorumaqdı.

- Fərqli qələbədi, fərqli mükafat olacaqmı?

- çempionluğa oynayan komandadan 3 xal almaq digərləri üzərində qələbədən fərqlənir. Yəqin ki, rəhbərlik bunu nəzərə alar.

- Gələn mövsüm çempionluğa oynayacağınızı gözləmək olarmı?

- çətin məsələdi. çünki "Səbail" köklü klub deyil. Müəyyən vaxta ehtiyac var. "Neftçi" və "Qarabağ"la mübarizə aparmaq üçün heyətdə köklü dəyişiklik olmalıdı. Qərarlaşdığımız pillədə möhkəmlənmək istəyirik. Bu gün bizdən aşağıda qərarlaşan komandalarla mübarizə aparırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest