Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib. Matc.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası qarşı keçirilmiş qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutmuş oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsilə nəticələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest