Futbol üzrə Azərbaycan I Divizionunda 5-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

"Qaradağ Lökbatan" "İmişli" ilə ev oyununda darmadağına sevinib. "Zaqatala" isə "Neftçi"nin əvəzedicilərinə 2 cavabsız qolla uduzub. "Səbail" və "Qarabağ"ın əvəzedici komandaları arasındakı oyunda da meydan sahibləri qalib gəliblər.

I Divizion
5-ci tur
29 sentyabr

Qaradağ Lökbatan – İmişli 4:0
Qol: Elnur Cəfərov, 16-pen; 50; 75. Rəvan Abasov, 87.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

Səbail-2 – Qarabağ-2 2:1
Qol: İbrahim Hüseynov, 27. Kizito Luvaqa, 56 – David Sayenko, 35.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Rasim Axundov, Kamranbəy Rəhimov.
"ASCO Arena", 16:00.

Neftçi-2 – Zaqatala 2:0
Qol: Elşad Tağıyev, 60. Elcan Əbilov, 90+5.
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Elvin Bayramov.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.

İlk oyun günündə qeydə alınan nəticələr:

Qəbələ-2 – Zirə-2 0:1
Araz Naxçıvan – Sumqayıt-2 4:0
MOİK – Kəpəz-2 2:1
Mingəçevir – Şamaxı-2 2:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest