UEFA Azərbaycan millisi və "Qarabağ"ın kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

Matc.az xəbər verir ki, Avropa futbol qurumunun "Twitter" səhifəsində bu gün 33 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.

Postda təcrübəli oyunçunun peşəkar karyerası ərzində yalnız Ağdam klubunun formasını geyinməsi vurğulanıb.

Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

​​​​​​​

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest