Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav çerçesov növbəti dəfə UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunlardan danışıb. Matc.az xəbər verir ki, Rusiyalı mütəxəssis Azərbaycan çempionunun gücünə əvvəldən bələd olduqlarını bildirib:
 
"Qarabağ" 8 ildir avrokubokların qrupunda mübarizə aparır, çox güclü komandadır. ötən mövsüm Konfrans Liqasında pley-offa çıxmaları, bu il isə İsveçrə "Sürix"ini məğlub etmələri təsadüf deyildi. Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir".
 
59 yaşlı baş məşqçi Budapeştdəki cavab matçına yaxşı başlamadıqlarını etiraf edib: "öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. Rəqib əks hücumlarda əla oynayır. ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran hücumçusu İbrahima Vadji Fransa klubuna keçdi. Düzdür, 2 aparıcı mərkəz müdafiəçimiz həmin oyunda iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı və səhvlərimizdən istifadə edib mərhələni keçdi".
 
Xatırladaq ki, "Ferentsvaroş" "Qarabağ"la iki oyunun nəticəsinə (1:1, 1:3) əsasən uduzaraq, çL-də mübarizəni dayandırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest