"Everton"un sahibi Farhad Moşiri klubu amerikalı iş adamı Matsek Kaminskiyə sata bilər. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq razılığa yaxındırlar.
 
Sövdələşmə məbləğinin təxminən 437 milyon avro ola biləcəyi qeyd edilir.
 
2016-cı ildə Moşiri Mersisayd klubunda 49,9 faiz səhm əldə edərək, 2019-cu ilə qədər səhmlərini 77,2 faizə çatdırıb.
 
"Everton" İngiltərə Premyer Liqasının 7 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
 
Xatırladaq ki, bir neçə ay öncə Premyer Liqanın digər təmsilçisi "çelsi" də amerikalı iş adamlarına satılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest