Avstraliyanın "Sentral Kosta" klubunun hücumçusu Qaranq Kuol "Nyukasl"a keçib. Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı sövdələşmənin məbləği açıqlanmayıb. 18 yaşlı avstraliyalı gələn ilin yanvar ayında yeni komandasına qoşulacaq. Həmin vaxta qədər o, "Sentral Kosta"da oynamağa davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest