Futbol üzrə Almaniya 3-cü liqasında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Meppen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 45+5-ci dəqiqədə Dmitri vurub.
 
"Ersgebirge" 10 turdan sonra 6 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest