Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Yunanıstanın "Olimpiakos" klubu heyətini yeni futbolçu ilə gücləndirib

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Yunanıstanın "Olimpiakos" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Pirey təmsilçisi sabiq oyunçusu Paytim Kasamini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Kasami 2014-2017-ci illər aralığında da "Olimpiakos"da oynayıb. İsveçrə yığmasının üzvü "Bellintsona", "Palermo", "Fulhem", "Lutsern", "Nottingem Forest", "Sion" və "Bazel"də də oynayıb. O, sonuncu klubu "Bazel"dən bu ilin iyulunda azad agent kimi ayrılandan bəri işsiz idi. Yarımmüdafiəçi İsveçrə yığmasında 12 oyuna 2 qol vurub.
 
"Olimpiakos"un digər sonuncu transferləri kimi, Kasami də "Qarabağ"a qarşı oynaya bilməyəcək. Buna səbəb onların Avroliqanın qrup mərhələsi üçün sifariş olunmamasıdır.
 
Xatırladaq ki, "Qarabağ"la "Olimpiakos" arasındakı ilk oyun oktyabrın 6-da Yunanıstanda, növbəti matç isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest