Braziliyanın "Santa Kruz" klubunda çıxış edən Rafael Furtado karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az "Folhape" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin birindən təklif alıb.
 
Lakin hansı klubun braziliyalı hücumçu ilə maraqlandığı açıqlanmayıb.
 
Rafael Furtadonun "Santa Kruz"la müqaviləsi noyabrda başa çatacaq. Forvard klubun sözləşməni yeniləmək barədə təklifini rədd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest